Florin Tene

  • Vəzifəsi:

    Qapıçılar üzrə məşqçi

  • Doğum tarixi:

    10.11.1968

  • Vətəndaşlığı:

    Rumıniya

  • Qoşulub:

    2022

Florin Tene 1968-ci il noyabrın 10-da Rumıniyanın Buxarest şəhərində anadan olub. 2001-ci ildə məşqçiliyə başlayıb. Rumıniya U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib. O, “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.