"Sumqayıt"la oyunun biletləri satışda

31 yanvar 2020, 15:00

Premyer Liqanın 15-ci turu çərçivəsində sabah saat 17:30-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.