"Neftçi" – "Keşlə" oyunu saat 19:00-da başlanacaq

9 fevral 2020, 13:00

Premyer Liqanın 17-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "Keşlə” oyununun başlanma saatı açıqlanıb. Fevralın 16-sı "Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi” 16 oyundan sonra 27 xalla 2-ci yeri tutur.