"Neftçi" azarkeşi "Türk Hava Yolları"ndan İstanbula bilet qazandı!
"Neftçi”nin sponsoru "Türk Hava Yolları”nın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün "Keşlə” ilə matçın fasiləsində 5 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunub. Zərbələri daha dəqiq yerinə yetirən Hüseyn Cabbarlı 1-ci yeri tutub. Qalibə mükafatı "Türk Hava Yolları”nın Bakı bürosunun rəhbəri Seyfullah İlyas təqdim edib. 2-ci yerin sahibi Alim Allahverdiyev isə "Buta Qlobal Enerji Tekstil”dən hədiyyə kuponu qazanıb. Allahverdiyevə mükafatı şirkətin marketinq meneceri Səməd Nəsibov verib. Digər 3 iştirakçı – Səbuhi Vəlizadə, Hafiz Nəbiyev və Kamran Əliyev "Park Cinema”nın kinoteatrlarından illik bilet əldə ediblər.