"Qəbələ" ilə oyuna hazırlıq başlandı
"Neftçi” Premyer Liqanın 18-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığına başlayıb. "Keşlə” ilə görüşdən sonra bərpa məşqi edən komandamız fasilə vermədən bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, fevralın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 15:00-da başlanacaq.