Haqqında

  • “Neftçi” Konfrans Liqasında turnirin ilk dəfə keçirildiyi mövsüm debüt edib. 2021/2022-yə Çempionlar Liqasında başlayan komandamız ilk mərhələni keçsə də, ikinci mərhələdə məğlub olaraq Avropa Liqasının üçüncü mərhələsinə, orada da uduzaraq Konfrans Liqasının pley-off mərhələsinə düşüb. Burada İsrailin “Makkabi” (Hayfa) klubu ilə ilk oyunda 3:1 hesablı qələbəni əldən verən (3:3) “ağ-qaralar” cavab matçında böyük hesabla (0:4) məğlub olub.

    “Neftçi” 2022/2023 mövsümünə Konfrans Liqasının ikinci mərhələsindən başlayıb. İki oyunun nəticəsinə görə (0:2, 3:0) Kiprin “Aris” klubunu geridə qoyan “ağ-qaralar” “Rapid” (Vyana, Avstriya) səddini aşa bilməyib – 2:1, 0:2.

    Ümumilikdə isə “Neftçi” Konfrans Liqasında 6 oyun keçirib. Bunlardan 2-də qələbə qazanan komandamız 3 dəfə məğlub olub. 1 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi 8-12-dir.