Haqqında

  • “Neftçi” ilk dəfə ikinci mərhələ səddini bir dəfə iştirak etdiyi İntertoto Kubokunda adlamağı bacarıb. Baş məşqçi Anatoli Demyanenkonun komandası 2008-ci il iyunun 21-də ilk təsnifat mərhələsində evdə Slovakiyanın “Nitra” klubunu 2:0 hesabı ilə məğlub edib. “Neftçi” ayın 28-də reallaşan cavab matçında 1:3 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.

    İkinci təsnifat mərhələsindəki “Jerminal” səddi də asanlıqla keçilməyib. İyulun 5-də Belçikada heç-heçə (1:1) oynayan flaqman, bir həftə sonrakı ev matçında minimal hesablı (1:0) qələbə qazanmaqla üçüncü mərhələyə yüksəlib.

    “Neftçi” bu mərhələnin ilk oyununda Rumıniyanın “Vasluy” klubuna qalib gəlib. İyulun 19-da Respublika stadionunda keçirilən görüşdə 2:1 hesabı qeydə alınıb. Amma ayın 26-da 0:2 hesablı səfər məğlubiyyətindən sonra komandamız mübarizəni dayandırıb.