Valentin Xlıstov

  • Dönəm:

    Baş məşqçi, 1973-1975

  • Vətəndaşlığı:

    SSRİ

  • Doğum tarixi:

    28.02.1927

1927-ci il fevralın 28-də Bakıda anadan olub.

Valentin Xlıstov 1946-1955-ci illər ərzində “Neftçi”nin heyətində 180 oyun keçirib, 3 qol vurub. 

Zədə səbəbindən futbolçu karyerasını 28 yaşında bitirmək məcburiyyətində qalmış müdafiəçi 1958, 1963-1970-ci illərdə “Neftçi”də məşqçi, 1973-1975-ci illərdə baş məşqçi vəzifələrində çalışıb. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış “Neftçi”nin məşqçisi olub.

Xlystov uzun müddət Neftçi Olimpiya Ehtiyatları Uşaq və Gənclər Məktəbində çalışmış, onun direktoru olmuşdur. Məhz onun rəhbərliyi altında Arif Əsədov və Vladislav Qədirov kimi futbolçular yetişdirilib.

Valentin Xlıstov 2007-ci il martın 8-də Moskvada vəfat edib.