Ruslan Abdullayev

  • Dönəm:

    Baş məşqçi, 1984-1986, 1989-1990, 1997-1998

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    07.03.1944

1944-cü il martın 7-də anadan olub.

Peşəkar futbolçu karyerasına 19 yaşında “Neftçi”də başlayıb. 1963-1965, 1967, 1969-1972-ci illər ərzində komandamızın heyətində 89 oyun keçirib, 14 qol vurub. Futbolçu karyerasını 1972-ci ildə “Neftçi”də də bitirib.

Daha sonra elə komandamızda da məşqçiliyə başlayıb. 1978-1979-cu illərdə baş məşqçi Gennadi Bondarenkonun köməkçisi işləyib. 1984-1986, 1989-1990, 1997-1998-ci illərdə “Neftçi”nin baş məşqçisi və məşqçisi vəzifələrində çalışıb.  

Ruslan Abdullayev 2002-ci il yanvarın 30-da vəfat edib.