Rəşid Özbəyov

  • Dönəm:

    Baş məşqçi, 2001

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    31.01.1953

Rəşid Özbəyov 1953-cü il yanvarın 31-də Bakıda dünyaya gəlib.

Bütün peşəkar futbolçu karyerası ərzində "Neftçi"nin formasını geyinib.  1972-1983-cü illər ərzində “Neftçi”nin heyətində 331 oyun keçirib, 4 qol vurub. Zədə səbəbindən karyerasını başa vurub. 

1985-ci ildə Azərbaycan Futbol Federasiyası təhsilini davam etdirmək üçün Rəşid Özbəyovu Moskvaya Ali Məşqçilər məktəbinə göndərdi. O, burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya qayıtdı. 2001-ci ildə “Neftçi”nin baş məşqçisi olub.

Rəşid Özbəyov 2001-ci il sentyabrın 16-da vəfat edib.