5 futbolçumuz U-17 milli komandasında

19 fevral 2021, 11:30

“Neftçi” PFK-nın 5 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. İbrahim İbrahimli, Rüfət Abbasov, Aslan Şirinov, Ömər Qurbanov və Murad Qarayev fevralın 20-dən martın 2-dək Tovuzda – “Turan Tovuz” futbol akademiyasında təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.