"Keşlə" ilə oyuna hazırlıq start götürdü

11 fevral 2020, 19:00

"Neftçi” Premyer Liqanın 17-ci turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığına başlayıb. "Qarabağ”la görüşdən sonra bərpa məşqi edərək birgünlük fasiləyə buraxılmış komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 16-sı "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 19:00-da başlanacaq.