Kazbek Tuayev

  • Dönəm:

    Baş məşqçi, 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    13.11.1940

Kazbek Tuayev 1940-cı il noyabrın 13-də anadan olub.

Futbolçu kimi 1961-1971 illər ərzində “Neftçi”nin heyətində 298 oyun keçirdib, 60 qol vurub. 1966-cı ildə komandamızın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.SSRİ milli komandamızda da çıxış edib və 3 dəfə ittifaqın ən güclü 33 futbolçusunun siyahısına düşüb.

1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə “Neftçi”nin baş məşqçisi olmuş Tuayev 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Futbol tariximizdə avrokuboklarda ilk qələbəni Kazbek Tuayevin başçılıq etdiyi “Neftçi” 1996-cı ildə Sofiya “Lokomotiv”i üzərində qazanıb – 2:1. Elə həmin il Tuayevin baş məşqçisi olduğu milli komandamız İsveçrəni 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq rəsmi oyunlarda ilk qalibiyyətini əldə edib.