Vaqif Sadıqov

  • Dönəm:

    Baş məşqçi, 1993-1995, 2009-2010

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    01.04.1959

1959-cu il aprelin 1-də anadan olub.

Vaqif Sadıqov 1980-1987 və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyun keçirib, 3 qol vurub.

Futbolçu karyerasını 1993-cü ildə başa vurub və məşqçiliyə başlayıb. İlk iş yeri də "Neftçi" olub. Komandamız 1994 və 1995-ci illərdə məhz onun rəhbərliyi altında ardıcıl iki dəfə ölkə kubokunu qazanıb Sadıqov 34 yaşında buna nail olmaqla, futbol tariximizdə rekorda imza atıb. "Neftçi" avrokuboklarda məhz onun rəhbərliyi altında debüt edib. Kiprin APOEL klubu ilə səfərdə böyük hesabla uduzan (0:3) flaqman Sumqayıtda keçirilən cavab görüşündə qolsuz heç-heçə edib. Klublarımızdan avrokuboklarda ilk xalını qazanan məhz Sadıqovlu "Neftçi" olub.

2009-2010-cu illərdə “Neftçi”nin baş məşqçisi olmuş sabiq yarımmüdafiəçi 1997-1998, 2002, 2005, 2009-cu illərdə Azərbaycan milli komandasını da rəhbərlik edib.