Roberto Bordin

  • Dönəm:

    Baş məşqçi, 2018-2020

  • Vətəndaşlığı:

    İtaliya

  • Doğum tarixi:

    10.01.1965

Roberto Bordin 10 yanvar 1965-ci ildə anadan olub.

2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın “Bolonya” (2005-2006), “Padova” (2006-2007), “Ellas Verona” (2007, 2010-2015), “Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın “Triestina” (2016) və Moldovanın “Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb. Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.

2018-2020-ci illər ərzində “Neftçi”nin baş məşqçisi olmuş Roberto Bordin 2018/2019 mövsümündə “ağ-qaralar”la Azərbaycan çempionatının gümüş medalını qazanıb, Avropa Liqasında 3-cü mərhələyə yüksəlib.