Rəşad Hüseynov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    09.02.1990

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2022

1990-cı il fevralın 9-da Bakı şəhərində anadan olub. 6 yaşında futbolla məşğul olmağa başlayan Rəşad “Neftçi”nin yetirməsidir. “Ağ-qaralar”ın əvəzedici və U-19 komandası ilə Azərbaycan çempionluğunu qazanmış Hüseynov “Qaradağ Lökbatan”ın heyətində I Divizionun qalibi olub. O, “Simurq”, “Neftçala” və “Qala” klublarında da çıxış edib.

25 yaşında karyerasını bitirsə də, futbola olan sevgi onu yenidən bu idman növünə qaytarıb. “Rəvan”, “Zirə” və “Sabah” klublarının müxtəlif yaş qruplarından ibarət komandalarında baş məşqçi və köməkçi məşqçi kimi çalışmış Rəşad Hüseynov “Sabah”ın əsas komandasında da köməkçi məşqçi vəzifəsini yerinə yetirib, köməkçi məşqçi kimi “Rəvan”ın U-19 komandası ilə ölkə çempionu olub.

UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.