Samir Əliyev

  • Vəzifəsi:

    Qapıçılar üzrə məşqçi

  • Doğum tarixi:

    19.04.1982

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2022

1982-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 7 yaşında UGİM-2-də futbolla məşğul olmağa başlayan Samir Əliyev “Neftçi” və “Xəzri”nin (Buzovna) aşağı yaş qruplarında, eləcə də “Xəzər Lənkəran-2”, MOİK və “Binə”də çıxış edib, U-16 milli komandasının üzvü olub. 27 yaşında karyerasını bitirib.

Qapıçılar üzrə məşqçi kimi “Zirə” klubunun akademiyasında və əvəzedici komandasında, həmçinin “Şüvəlan”da çalışıb.

UEFA-nın “C” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.