
Vasif Əliyev
-
Vəzifəsi:
Baş məşqçi
-
Doğum tarixi:
06.08.1986
-
Vətəndaşlığı:
Azərbaycan
-
Qoşulub:
2018
1986-cı il avqustun 6-da Bakı şəhərində anadan olub. Futbolun sirlərini “Neftçi” Futbol Məktəbində öyrənib və ilk peşəkar klubu da paytaxt təmsilçisi olub. 2002-2005-ci illərdə burada çıxış edib. Daha sonra MOİK, “Qəbələ”, “Bakı”, “Standart”, “Simurq” və “Kəpəz”in şərəfini qoruyub. Vasif Əliyev 2008/2009-cu illər mövsümündə “Giresunspor”da (Türkiyə) legioner həyatı yaşayıb. 2012-ci ildə yenidən “Neftçi”yə qayıdıb. 2014-cü ildə 30 yaşında futbola başladığı komandada karyerasını başa vurub və məşqçiliyə başlayıb. “Neftçi”nin heyətində ölkə çempionatının və kubokunun qalibi olub.
UEFA-nın “B” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.