
Vasif Əliyev
-
Vəzifəsi:
Baş məşqçi
-
Doğum tarixi:
06.08.1986
-
Vətəndaşlığı:
Azərbaycan
-
Qoşulub:
2018
6 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.
Futbolun sirlərini “Neftçi” Futbol Məktəbində öyrənib və ilk peşəkar klubu da paytaxt təmsilçisi olub. 2002-2005-ci illərdə burada çıxış edib.
Daha sonra MOİK (2005-2006), “Qəbələ” (2006-2007), “Bakı” (2007-2008), “Standart” (2009-2010), “Simurq” (2010-2011) və “Kəpəz”in (2011-2012) şərəfini qoruyub. 2008-2009-cu il mövsümündə “Giresunspor”da (Türkiyə) legioner həyatı yaşayıb. 2012-ci ildə yenidən “Neftçi”yə qayıdıb. 2014-cü ildə 30 yaşında futbola başladığı komandada karyerasını başa vurub və məşqçiliyə başlayıb. “Neftçi”nin heyətində çempionluq tituluna yiyələnib, 2013-2014-ci il mövsümündə ölkə kubokunu başı üzərinə qaldırıb.
UEFA “B” kateqoriyalı məşqçilik kurslarını müvəffəqiyyətlə başa vurub.