Elşən Poladov

  • Vəzifəsi:

    Qapıçılar üzrə məşqçi

  • Doğum tarixi:

    30.11.1979

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2020

30 noyabr 1979-cu ildə Sumqayıt şəhərində anadan olub.

Peşəkar karyerası da Sumqayıtın “Xəzər” klubunda başlayıb.

1996-1999-cu illərdə burada çıxış etdikdən sonra MOİK (1999-2000), “Şəfa” (2000-2001), “Dinamo”da (2001-2002) forma geyinib. 2003-cü ildə Sumqayıtın “Kimayaçı” klubuna keçib. Bir il sonra “Bakı”ya transfer olub. Daha sonra “Turan” (2005-2006), “İnter” (2006), AZAL (2007-2011) və “Kəpəz” (2011-2012) klublarının qapısını qoruyub.

“Bakı” və “İnter”in heyətində iki dəfə Azərbaycan çempionu olub. “Şəfa” və “Bakı”da çıxış etdiyi dövrdə ölkə kubokunu başı üzərinə qaytarıb.

2012-ci ildə paytaxtın “İnter” klubuna keçib və karyerasını da burada bitirib.

Daha sonra məşqçiliyə başlayıb. 2020-ci ildə isə “Neftçi”nin əvəzedici heyətində qapıçılarla işləyən məşqçi təyin edilib.

UEFA “B” kateqoriyalı məşqçilik kurslarını müvəffəqiyyətlə başa vurub.