Rəşad Abdullayev

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    01.10.1981

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2018

1 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 

14 yaşında futbolla məşğul olmağa başlayıb və ilk peşəkar klubu "Xəzər Universiteti" komandası olub. 

Sağ cinah yarımmüdafiəçi mövqeyində çıxış edən Rəşad 2004-cü ildə "Xəzər Lənkəran"a keçib və 2009-cu ildə qədər karyerasını burada davam etdirib. Daha sonra "Neftçi" (2009-2012), "Qəbələ" (2012-2013), "Bakı" (2013), "Rəvan" (2013), "Zirə" (2014-2015) və AZAL (2015-2016) klublarında forma geyinib.

Futbolçu kimi 2006-cı ildə "Xəzər Lənkəran"la, 2010-2011, 2011-2012-ci il mövsümlərində isə "Neftçi" ilə ölkə çempionu olub. 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. 

A milli komandaya da dəvət edilib və 10 oyunda meydana çıxıb. 

35 yaşında futbolçu karyerasını başa vurub və məşqçiliyə başlayıb. 

İlk iş yeri də "Neftçi" olub. Hazırda əvəzedici heyətin köməkçi məşqçisi, U-19 komandanın isə baş məşqçisidir. 

UEFA “B” kateqoriyalı məşqçilik kurslarını müvəffəqiyyətlə başa vurub.