Mahmud Qurbanov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    10.05.1973

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2018

10 may 1973-cü ildə Gəncə şəhərində anadan olub. 

Uşaq yaşlarından K.Abramenkovun rəhbərliyi altında "Lokomotiv" cəmiyyətində futbolun sirrlərini öyrənməyə başlayıb. 

Peşəkar futbola 1990-cı ildə doğma şəhərinin "Kəpəz" klubunda başlayıb. Daha sonra "Neftçi"yə keçib. Bir mövsümdən sonra yenidən "Kəpəz"ə qayıdıb. 2000-2002-ci illərdə "Şəmkir"də çıxış etdikdən sonra legioner həyatı yaşayıb. İranın "Fulad" və Ukraynanın "Tavriya" klublarında çıxış edib.  2004-cü ildə "Neftçi"yə qayıdıb, daha sonra "Xəzər Lənkəran" (2005-2007), "İnter" (2007-2008) və "Bakı" (2009-2011) klublarında çıxış edib. "Professor" ləqəbli futbolçu 38 yaşında "Sumqayıt"da karyerasını başa vurub. 

Milli komandanın heyətində 78 oyun keçirib. 

11 dəfə 6 müxtəlif klubla çempionluq titulunu qazanıb. Bunun 3-də "qızıl dubl"a imza atıb. 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. 2007-ci ildə "İlin ən yaxşı futbolçusu" seçilib. 

Daha sonra məşqçiliyə başlayıb və 2012-ci ildə "Kəpəz"in baş məşqçisi təyin edilib. 2013-2017-ci illərdə milli komandanın baş məşqçisinin köməkçisi vəzifəsində çalışıb. 

2018-ci ildən "Neftçi" PFK-nın əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışır. 

UEFA “PRO” kateqoriyalı məşqçilik kurslarını müvəffəqiyyətlə başa vurub.