Samir Abasov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    01.02.1978

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2020

1 fevral 1978-ci ildə Sumqayıt şəhərində anadan olub.

Uşaq yaşlarında futbolla məşğul olmağa başlayıb. İlk peşəkar klubu da Sumqayıt “Xəzər”i (1994-1995) olub.

Daha sonralar “Viləş” (1996-1997), “Neftqaz” (1998-1999), “Şəfa” (1999-2001), “Şahdağ” (2002), “Neftçi” (2003-2004), “Qarabağ” (2004-2005, 2006-2007, 2010-2011), “Karvan” (2005-2006), “İnter” (2007-2010), “Sumqayıt” (2011-2014) klublarında forma geyinib.

Futbolçu kimi mərkəz və cinah müdafiəçisi, eləcə də dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edən Abasov karyerası ərzində 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. 46 dəfə əsas milli komandanın formasını geyinib.

2014-cü ildə futbolçu karyerasını başa vurub və məqçiliyə başlayıb. “Sumqayıt” və “Zirə”də baş məşqçi kimi çalışıb. 2020-ci ilin noyabrında “Neftçi”nin sükanı arxasına keçib.

UEFA-nın PRO kateqoriyalı məşqçilik kurslarını uğurla başa vurub.