Mübariz Orucov

  • Vəzifəsi:

    Köməkçi məşqçi

  • Doğum tarixi:

    27.04.1974

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2021

27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub.

Sumqayıt Futbol Akademiyasının yetirməsidir. Çıxış etdiyi ilk peşəkar klub Sumqayıt “Xəzər”i (1990-1996) olub. Daha sonra “Viləş” (1997-1998), “Şəmkir” (1999-2001), “Qarabağ” (2001-2006) və “Karvan” (2006-2008) klublarında və Azərbaycan milli komandasında (2001) çıxış edib, 2 dəfə Azərbaycan çempionatının (2000, 2001), 1 dəfə Azərbaycan kubokunun (2006) qalibi olub.

Məşqçilik fəaliyyətinə “Qarabağ”da başlayıb, Ağdam klubunun U-15 (2009-2010) və U-17 (2011-2012) komandalarında baş məşqçi, “Sumqayıt” klubunda (2012-2015) və 17 yaşadək Azərbaycan milli komandasında (2015-2016) köməkçi məşqçi kimi çalışıb.

2021-ci ilin iyun ayında “Neftçi”də baş məşqçinin köməkçisi təyin olunub.

UEFA-nın “A” kateqoriyalı məşqçilik kurslarını uğurla başa vurub.