Elman Sultanov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    05.06.1974

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2019

5 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub.

Futbolun sirrlərini uşaq yaşından “Neftçi”nin uşaq məktəbində öyrənməyə başlayıb.

İlk peşəkar komandası paytaxtın “Azəri” klubu olub, 1992-1993-cü illərdə burada oynayıb. Daha sonralar Ukraynanın “Tavriya”, “Vorskla”, “Torpedo”, “Vodnik” klublarında legioner həyatı yaşayıb. 1994-cü ildə vətənə qayıdıb və “Neftçi” (1994-1995), “Xəzri" Buzovna (1995), MOİK (1995-1996), "ANS-Pivani" (1998-1999) klublarında forma geyinib.

2000-ci ildə yenidən legioner həyatı yaşayıb. Almaniyanın “Bad Zoden”, İsrailin “Hapoel Tzafririm”, Litvanın “Jalgiris” klublarında oynayıb. 2003-cü ildə ölkəyə qayıdıb və əvvəlcə “Bakılı” (2003-2004), daha sonra “Qarabağ” (2004), “MKT-Araz” (2005) və “Simurq”da (2006-2007) çıxış edib.

Mərkəz müdafiəçisi mövqeyində oynayan Sultanov Zaqatala təmsilçisinin heyətində 33 yaşında karyerasını bitirib və məşqçiliyə başlayıb.

Hazırda “Neftçi” PFK-da U-17 komandasının baş məşqçisidir.

UEFA “A” kateqoriyalı məşqçilik kurslarını müvəffəqiyyətlə başa vurub.