Anar Vəliyev

  • Vəzifəsi:

    Köməkçi məşqçi

  • Doğum tarixi:

    20.08.1979

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2021

20 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub.

7 yaşında UGİM-də futbolun sirrlərini öyrənməyə başlayıb.

Cinah müdafiəçisi mövqeyində oynayan Anar Vəliyevin ilk peşəkar klubu “Xəzər Universiteti” olub. Daha sonra “Olimpik”, “Masallı”, “Qəbələ”, “Tovuz Turan” və “Rəvan”da çıxış edib.

31 yaşında karyerasını bitirən Vəliyev 2011-ci ildə məşqçiliyə başlayıb. Əvvəlcə “Rəvan”ın əvəzidici komandasında məşqçi, baş məşqçi, sonra isə əsas komandasında məşqçi kimi çalışıb. Ardından “Şüvəlan” və MOİK-in baş məşqçisinin köməkçisi olub.

Hazırda “Neftçi” PFK-nın U-19 komandasında köməkçi məşqçidir.

UEFA “B” kateqoriyalı məşqçilik kurslarını müvəffəqiyyətlə başa vurub.