“Neftçi-2” hazırlığı davam etdirir

8 yanvar 2020, 10:30

“Neftçi-2” mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Əvəzedicilər yanvarın 6-dan etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşır. Yanvarın 12-də istirahət edəcək komandamız ayın 13-dən 25-dək “Neftçi”nin bazasında təlim-məşq toplanışı keçəcək.

 

“Neftçi-2” 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 16-sı MOİK, 24-ü “Qarabağ-2”, 30-u isə “Sabah-2” ilə qarşılaşacaq.