
“Neftçi” Gənclər Liqasında ilk səfər qələbəsini qazandı
“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 5-ci turda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. Gəncə şəhər stadionunda baş tutan matçda qolları Aslan Hətəmov, Enar Ağalarov, Aslan Şirinov və Bəhruz Qurbanlı vurublar.
Komandamız oyunun gedişində azlıqda qalıb. Mirşahbaz Şahbazov 2-ci hissədə ikinci sarı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. Qapımıza təyin edilən penaltini isə “Neftçi”nin qolkiperi Eldar Babayev dəf edib.
Qeyd edək ki, bununla da ilk səfər qələbəsini qazanan “Neftçi” 5 oyundan 9 xal toplayıb.
Tövsiyə olunur
-
Gənclər Liqasında böyükhesablı qələbə
Akademiya 25 sentyabr 2023, 19:13 -
13 futbolçumuz qadınlardan ibarət milli komandalarda
Akademiya 18 sentyabr 2023, 12:32 -
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
Akademiya 9 sentyabr 2023, 19:31 -
“Neftçi”nin futbolçuları Türkiyə millisinə qarşı
Akademiya 4 sentyabr 2023, 13:32