3 futbolçumuz milli komandada

8 fevral 2021, 11:55

“Neftçi” PFK-nın 3 üzvü 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Mirəli Əhmədov, Rza Cəfərov və Aşqin Abazərov fevralın 9-dan 19-dək Tovuzda – “Turan Tovuz” futbol akademiyasında təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.

Toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.