Anton Krivotsyuk: "Hər iki komanda qalib gələ bilərdi"
"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk "Qarabağ”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Gənc futbolçu komandamızın meydana qələbə qazanmaq üçün çıxdığını bildirsə də, heç-heçəni ədalətli nəticə hesab edir:
"Güclü rəqiblə səfər heç-heçəsini pis nəticə hesab etməmək olar. Bununla belə, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Qol epizodlarının sayı az olsa da, hər iki komanda qalib gələ bilərdi. Buna görə də heç-heçəni ədalətli nəticə hesab edirəm”.