
"Qələbəni azarkeşlərimizə, bütün "Neftçi" ailəsinə həsr edirik"
"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 17-ci turunun "Keşlə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, qələbəni komandanı 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə, ümumiyyətlə, bütün "Neftçi” ailəsinə həsr etdiyini bildirib:
"Çətin oyun olacağını bilirdik. Çox ciddi hazırlaşmışdıq. Rəqibi hər cür analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Oyunumuzu da ona uyğun qurmuşduq. Qurduğumuz plan, futbolçuların meydandakı əzmkarlığı və tapşırıqları maksimum yerinə yetirməkləri qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərimizə, ümumiyyətlə, bütün "Neftçi” ailəsinə həsr edirik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Oyunları analiz edirik, kimin daha hazırlıqlı olduğunu nəzərə alıb start heyətini qururuq. Bu cür tempi qalan oyunlarda saxlamağa gəlincə, mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Deməzdm ki, bu onların tam potensialıdır. İşləməyə davam edib, daha yaxşı futbol sərgiləməyə çalışacağıq”.
Tövsiyə olunur
-
“Sabah”la oyuna hazırlıq davam edir
A Komanda 18 avqust 2022, 21:12 -
Azər Salahlı əməliyyat olundu
A Komanda 16 avqust 2022, 20:50 -
Laurentsiu Regekampf: “Futbolçuların əldə etdiyimiz epizodların hamısını qola çevirmələrini istəyirəm”
A Komanda 15 avqust 2022, 00:15 -
“Neftçi” "Kəpəz"ə böyük hesabla qalib gəldi
A Komanda 14 avqust 2022, 23:33