Namik və Anton milli komandada

2 oktyabr 2020, 15:30

“Neftçi” PFK-nın 2 futbolçusu – Namik Ələskərov və Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət olunub. Millimiz UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-u Bakı vaxtı ilə saat 17:00-da səfərdə Monteneqro, ayın 13-ü saat 20:00-da Bakı Olimpiya Stadionunda isə Kipr yığması ilə qarşılaşacaq. Komanda bu oyunlara hazırlıq məqsədilə oktyabrın 4-dən etibarən təlim-məşq toplanışında olacaq.