Samir Ələkbərov

  • Keçirdiyi oyunlar:

    1987-1994, 1995-1997, 1998-1999

  • Doğum tarixi:

    08.11.1968

  • Mövqeyi:

    Mərkəz hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Sa­mir və Ay­dın Ələk­bə­rov­lar “Neft­çi”də çı­xış et­miş qar­daş­lar arasında ən çox oyun ke­çir­miş fut­bol­çu­lar­dandır. Ümu­miy­yət­lə, Sa­mirin “Neft­çi”də oynamış fut­bol­çu­lar ara­sın­da xü­su­si ye­ri var. Qar­da­şın­dan fərq­li ola­raq hə­lə SSRİ döv­rün­də “Neft­çi”də oy­na­ma­ğa im­kan ta­pmış Sa­mir is­te­dad­lı hü­cum­çu ki­mi elə hə­min vaxt­dan özü­nü gös­tər­ib. Mil­li çem­pio­nat­la­rı­mız ta­ri­xin­də isə bombar­dir­lik key­fiy­yət­lə­rini nü­ma­yiş et­di­rə­rək, “Neft­çi”nin li­der­lə­rin­dən sa­yı­lıb. İlk mil­li çem­pio­na­tı­mı­zın sər­rast oyun­çularından olan Sa­mir Ələk­bə­rov ilin ən yax­şı fut­bol­çu­su seçilib. 1992-ci il­də ke­çi­ri­lən ilk çem­pio­nat­da onun vurduğu qolların “Neft­çi”nin qı­zıl me­dal­lar qa­zan­masında böyük rolu olub.

1992-ci il­ Ay­dın üçün də uğur­lu alınır və o da hə­min möv­sü­mü ti­tul­la ba­şa vurur. An­caq fərq on­da­dır ki, Ay­dın hə­min vaxt “Neft­çi”nin yox, Ba­kı­nın di­gər təm­siçl­si “İn­şa­at­çı”nın şə­rə­fi­ni qo­ru­ya­raq, öl­kə ku­bo­ku­nu qa­zanır. Ma­raq­lı­dır ki, ku­bo­ka ge­dən yol­da Ələk­bə­rov qar­daş­la­rı üz-üzə gəlir və ya­rım­fi­nal­da “İn­şa­at­çı” məhz “Neft­çi”ni yen­ir. “İn­şa­at­çı”nın sü­qu­ta uğ­ra­ma­sı ilə Ay­dın da “Neft­çi”yə gə­lə­rək, qar­daş­la­rın eyni komandada oynamalarının tə­mə­li­ni qo­yur. Ələk­bə­rov­la­rın “Neft­çi”də bir­gə çı­xı­şı uğur­lu alı­nır və ti­tul­la­rın da­va­mı­nı gə­ti­rir. Ay­dın ku­bok­la­rın sa­yı­nı “Neft­çi”də ar­tı­ra­raq, ar­dı­cıl iki il – 1994 və 1995-ci il­lərdə, amma bu dəfə Sa­mir­lə bir­gə qa­za­nır. 1995/96 möv­sü­mün­də isə Ələk­bə­rov­ qar­daş­la­rı birlikdə çem­pi­on­luq se­vin­ci­ni ya­şa­yırlar. Hə­min möv­süm ba­şa ça­tan­dan son­ra UE­FA Ku­bo­kun­da öl­kə­mi­zi təm­sil edən “Neft­çi”nin Ba­kı­da Bol­qa­rıs­ta­nın “Lo­ko­mo­tiv” klu­bu ilə oyu­nu qar­daş­lar üçün fərq­li alın­ır. Hə­min mat­çın ən yax­şı­la­rın­dan ola­n Sa­mir məh­sul­dar ötür­məsi, Ay­dın isə rə­qi­bi­ni vur­du­ğu­na gö­rə qır­mı­zı və­rə­qə alması ilə yad­da qal­ır.

Avrokuboklarda il­k dəfə 1995-ci il­də Ku­bok­lar Ku­bo­kun­da Cə­nu­bi Kip­rin APOEL klu­bu ilə qarşılaşan Ələk­bə­rov­la­rın qitə miqyaslı turnirlərdə ar­dı­cıl üçün­cü çı­xı­şı baş tut­mur. Düzdür, flaqman Çem­pi­on­lar Li­qa­sının ilk təsnifat mərhələsində Pol­şa­nın “Vid­zev” klu­bu ilə qarşılaşırdı. Amma qalmaqallı 1996/1997 mövsümündən sonra AF­FA-ya qar­şı çı­xan ko­man­da­nın iki ye­rə par­ça­lan­ma­sı qar­daş­la­rın son­ra­kı kar­ye­ra­sı­na öz tə­si­ri­ni gös­tər­ir. Sa­mi­rin AF­FA-nın ovaxt­kı pre­zi­den­ti Fu­ad Mu­sa­ye­və de­di­yi söz­lər ona iki il­lik cə­za ba­ha­sı­na ba­şa gəl­ir. Bu ağır cə­za onun fut­bol­çu kar­ye­ra­sı­na ağır zər­bə vurur. Yal­nız məşq­lər­lə ki­fa­yət­lən­mə­li olan Sa­mi­rin oyun prak­ti­ka­sı sa­rı­dan nə qə­dər kor­luq çəkdiyi onun ya­şıl mey­da­na qa­yıtmasından sonra görünür. Cə­za­lı ol­du­ğu müd­dət­də Sa­mir­dən üz çe­vir­mə­yən “Neftçi” hü­cum­çu­nun cə­za­sı ba­şa ça­tan­dan son­ra onun xid­mə­tin­dən az ya­rar­lanır. “Neftçi”nin heyətində ən çox qol vuran (138), Azərbaycan çempionatının (1992, 1996, 1997), kubokunun (1996), Superkubokunun (1993) qalibi, Azərbaycanın ən yaxşı futbolçusu (1991, 1992, 1993), ölkə çempionatının ən yaxşı bombardiri (1993) olan futbolçu 1999-cu il­də doğma komandanı tərk edir.

Samir Ələkbərov məşqçilik fəaliyyətinə də “Neftçi”də başlayıb. O, 2002-2006-cı illərdə ərzində məşqçi kimi çalışdığı komandamızla ölkə çempionatının (2004, 2005) və kubokunun (2004) qalibi olub.