Əhməd Ələsgərov

  • Keçirdiyi oyunlar:

    1956-1965

  • Doğum tarixi:

    05.10.1935

  • Mövqeyi:

    Mərkəz yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

İn­di­ki Ba­kı­xa­nov qə­sə­bə­sin­də ya­şa­yan bö­yük, o qə­dər də im­kan­lı ol­ma­yan ai­lə­nin beş oğ­lu ye­tə­rin­cə çə­tin hə­yat tər­zi sü­rüb. Ata­sı­nı mü­ha­ri­bə­də iti­rmiş uşaq­lar­dan bi­ri - Əh­məd Ələs­gə­rov hə­min ağır gün­lə­ri ar­xa­da qoy­maq üçün hər əziy­yə­tə qat­laş­ma­ğa ha­zır idi. Məhz bu iş­gü­zar­lı­ğı, qar­şı­sı­na qoy­du­ğu məq­sə­də çat­maq is­tə­yi onu 19 ya­şın­da "Neft­çi"yə gə­ti­rib çı­xa­rır. İlk də­fə ad gü­nü­nü də ko­man­day­la bir­gə ke­çi­rir.

                                             

Ələs­gə­ro­vun "Neft­çi" kar­ye­ra­sı uzun sürür. O, 10 il top qov­du­ğu ko­man­da­da kar­ye­ra­sı­na da son qo­yur. Am­ma bu müd­dət­də cid­di­li­yi, ko­man­da­da qa­zan­dı­ğı nü­fu­zu sa­yə­sin­də ka­pi­tan sar­ğı­sı­na da sa­hib olur. Oyun­la­rın bi­rin­də al­dı­ğı zə­də onu çox sev­di­yi idman növündən ayı­ra bil­məz­di. Ələs­gə­ro­vun məşq­çi­lik kar­ye­ra­sı da be­lə baş­la­yır. İlk vaxt­lar "Neft­çi"nin əvə­ze­di­ci he­yə­ti­ni ça­lış­dı­rır. 1966-cı ilin əv­və­lin­də baş məşq­çi So­ko­lo­vun ye­ri­nə keç­mə­k üçün isə onun al­ter­na­ti­vi ol­mur. Əh­mədin sa­biq oyun­daş­la­rı­na rəh­bər­li­yi elə ilk möv­süm­də­cə bəh­rə­si­ni ve­rir. "Ağ-qa­ra­lar" SSRİ çem­pio­nat­la­rı ta­ri­xin­də ən böyük uğurunu - bü­rün­c medalları qa­za­nır.

                                             

Mütəxəssis "fik­rim­cə, ağıl­lı məşq­çi­yə "get" de­mək yer­siz­dir. O özü şə­rai­ti qiy­mət­lən­di­rib, la­zı­mi ad­dı­mı at­ma­lı­dır" prin­si­pi­ni da­im əsas tu­tur­du. Bu sə­bəb­dən­dir ki, heç vaxt iş ax­tar­mır, işin gə­lib onu tap­ma­sı­nı göz­lə­yir­di. İlk də­fə "Neft­çi"dən ay­rıl­ma­ğa məc­bur olan­da da gənc ça­lış­dı­rı­cı ya­şıd­la­rı­na uy­ğun ol­ma­yan dü­şün­cəy­lə qə­rar ver­miş­di. 31 ya­şın­da bü­rün­cün me­ma­rı olan Əh­məd al­dı­ğı çox­say­lı tək­lif­lər ara­sın­da elə­si­ni seç­mə­liy­di ki, or­ada­kı uğur­suz­luq nü­fu­zu­na xə­ləl gə­tir­mə­sin. Özü­nü sı­ğor­ta­la­maq üçün nə­yin nə vaxt gə­rək ol­du­ğu­nu gənc ikən də yax­şı bi­lir­di. Onun hər peşəkar məşqçi kimi özünəxas fiziki və taktiki hazırlıq planı var idi. Amma Ələsgərovun futbolçuları psixoloji cəhətdən hazırlamasına dünyanın ən güclü məşqçiləri də həsəd apara bilərdilər. Ən uğurlu nəticələri məhz bunun hesabına əldə etdiyini daim vurğulayan məşqçi dəfələrlə uzaq xaricdən olan təklifləri rədd edib: «Mənim əsas silahım futbolçularla söhbət aparıb, onları psixoloji cəhətdən hazırlamaqdır. Mən onların dilini bilməsəm, necə söhbət edərəm? Tərcüməçi isə mənim sözlərimi futbolçulara heç vaxt məhz mən deyən kimi çatdıra bilməz».

Mü­tə­xəs­sis də­fə­lər­lə ça­lış­dı­ğı klub­la­rı də­yiş­sə də, ürə­yi hə­mi­şə "Neft­çi"nin ya­nın­da olub. Bu sə­bəb­dən­dir ki, hər də­fə doğ­ma ko­man­da­dan al­dı­ğı tək­li­fi qə­bul edib. Hət­ta la­zım gə­lən­də, əlin­də qur­maq­da ol­du­ğu ko­man­da­nı ya­rım­çıq bu­raxsa be­lə. Am­ma bu dö­nüş­lə­rin heç bi­rin­də əv­vəl­ki uğu­ru tək­rar­la­ya bil­məyib. 1992-ci ildə Ələs­gə­rov "Neft­çi"yə ta­ri­xin­də ilk dəfə müs­tə­qil Azər­bay­can­ çem­pi­on­lu­ğunu qa­zan­dır­dı və ko­man­da­dan get­di. Get­di ki, növ­bə­ti də­fə xi­las­kar ki­mi ge­ri­ dön­sün.

                                             

Ələsgərovun "Neft­çi"yə son dö­nü­şü diq­qətçə­kən uğur­la yad­da qal­ma­dı. Əvə­zin­də ad­lı-san­lı "Srve­na Zvez­da"yla ba­şa­baş mü­ba­ri­zə, bir də in­di­yə­dək ide­ya ki­mi qa­lan su­perk­lub ar­zu­su­nun hə­ya­ta ke­çi­ril­mə­si­nə baş­la­ma­sı xatirələrdədir. Əh­məd Lə­ti­fo­viçin yığ­ma­da və "Neft­çi"də ça­lış­ma­sı­nın sin­te­zi də məhz su­perk­lub for­ma­laş­dır­ma­ğa xid­mət edir­di. Am­ma müm­kün ol­ma­dı. Ha­di­sə­lə­rin axa­rı onu hə­mi­şə ol­du­ğu ki­mi, ye­nə səs­siz­cə Ba­kı­nı tərk et­mə­yə va­dar et­di. Bu, mü­tə­xəs­si­sin "Neft­çi"dən son ge­di­şi i­di.

                                                      

Əh­məd Ələs­gə­rov 2015-ci il mayın 19-da Odessa şəhərində vəfat edib.