Rövnəq Abdullayev

  • Dönəm:

    2004-2008

  • Doğum tarixi:

    03.04.1965

3 aprel 1965-ci ildə Naxçıvan MR-da anadan olub. 

Rövnəq Abdullayev 2004-2008-ci illərdə “Neftçi” PFK-nın prezidenti vəzifəsini icra edib.

Komanda bu dövrdə Azərbaycan çempionatının (2003/2004, 2004/2005) və kubokunun (2003/2004) qalibi olub. 2006-cı ildə “Birlik kuboku”nu qazanmış komanda, 2005-ci ildə bu beynəlxalq turnirin finalına yüksəlib.

2005-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 2015-2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuş Rövnəq Abdullayev 2022-ci il fevralın 10-da İqtisadiyyat Nazirinin müavini vəzifəsinə təyin olunub. 2008-ci ildən AFFA-nın prezidentidir.

2015-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.