Qurban Qurbanov

  • Dönəm:

    Baş məşqçi, 2006-2007

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    13.04.1972

Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada dünyaya gəlib. 

1996-1998, 2001-2005-ci illər ərzində “Neftçi”nin heyətində 96 oyun keçirib, 69 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi adını qazanmış hücumçu 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub.

2006/2007-ci illər mövsümündə “Neftçi”nin baş məşqçisi olmuş Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.