Tərlan Əhmədov

  • Dönəm:

    Baş məşqçi, 2017-2018

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    17.11.1971

Tərlan Əhmədov 1971-ci il noyabrın 17-də anadan olub.

1989-1991, 1998-2002-ci illər ərzində “Neftçi”nin heyətində 117 oyun keçirib, 6 qol vurub. Müdafiəçi 1999-cu ildə “Neftçi” ilə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

Tərlan Əhmədov 2011-2013-cü illərdə “Neftçi”də məşqçi, 2017-2018-ci illərdə isə baş məşqçi vəzifələrində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).