Səməd Qurbanov

  • Çalışmağa başladığı il:

    31.03.2015


  • Doğum tarixi:

    10.07.1953

Səməd Mühit oğlu Qurbanov 1953-cü il iyulun 10-da Qazax şəhərində anadan olub.
 

"Neftçi”nin heyətində SSRİ çempionatlarında 361 dəfə meydana çıxıb ki, bu göstəriciyə görə komandanın tarixində onu ancaq Sergey Kramarenko və Əsgər Abdullayev qabaqlayır.


Futbolçu karyerasını yalnız "Neftçi”də keçirən azsaylı oyunçulardandır. Komandanın heyətində ilk matça 1972-ci ildə çıxıb. 19 yaşlı Qurbanov qısa zamanda əsas heyət üzvünə çevrilib, yüksək sürətinə görə azarkeşlər tərəfindən "Jiquli” ləqəbini qazanıb. SSRİ-nin ikinci və olimpiya yığmasına dəfələrlə çağırılan Qurbanov, 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusu siyahısında yer alıb, 1983-cü ildə isə SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün "Futbol-Hokkey" həftəliyinin keçirdiyi sorğuda "Neftçi”nin səs alan yeganə futbolçusudur.

Oyunçu karyerasını 1984-cü ildə bitirib. Səməd Qurbanov "Neftçi”ni SSRİ çempionatının həm yüksək, həm də birinci liqasında təmsil edib. Ölkənin digər klublarından gələn təkliflərə baxmayaraq, komandaya sadiq qalıb.


31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.