Zaur Qəhrəmanov

  • Çalışmağa başladığı il:

    31.03.2015


  • Doğum tarixi:

    19.04.1982

Zaur Tofiq oğlu Qəhrəmanov 1982-ci il aprelin 19-da Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisadi Universitetinin "Beynəlxalq İqtisadi Əlaqələr” fakültəsinin məzunu, Çikaqo Universitetinin Booth Biznes Məktəbində Biznes İdarəetmə Magistri (MBA) dərəcəsinə yiyələnib.

İş fəaliyyətinə Bakıda, KPMG və EY şirkətlərində vergilər üzrə mütəxəssis, auditor və baş auditor kimi başlayıb. Daha sonra "Equinor” şirkətində vergilər və hüquq üzrə məsləhətçi postunda, 2007-2008-ci illərdə həmin şirkətin Oslodakı baş ofisində rəhbər vəzifələrində çalışıb.

2008-2012-ci illər ərzində Cenevrədə (İsveçrə) SOCAR Trading Qrupunun baş maliyyə direktoru, 2013-2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis muavini vəzifəsində çalışıb. 2016-cı ilin aprelindən "SOCAR Turkey Energy"nin baş direktorudur.

31 mart 2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Azərbaycan, türk, rus və ingilis dillərini bilir.