Rüstəm Allahverdiyev

  • Çalışmağa başladığı il:

    2018


  • Doğum tarixi:

    08.01.1987

1987-ci il yanvarın 8-də Ermənistan Respublikasının Qafan şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika, 2014-cü ildə isə Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2007-ci ildə idman qəzetlərində müxbir olaraq başlayıb. 2009-cu ildə Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentində çalışıb. 2010-cu ildə Zaqatalanın "Simurq" Peşəkar Futbol Klubunun mətbuat katibi kimi fəaliyyətini davam etdirib. 2015-cı ildə "CBC Sport" kanalında Sayt və sosial media üzrə redaktor vəzifəsində çalışıb. 2016-cı ildə "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mətbuat katibi təyin edilib.  

2018-ci ilin mayından "Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi vəzifəsində çalışır.