Gülnarə Adıgözəlova

  • Çalışmağa başladığı il:

    2014


  • Doğum tarixi:

    24.02.1977

Gülnarə Fikrət qızı Adıgözəlova 1977-ci il fevralın 24-də Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

1996-2001-ci illərdə "Təmas” hüquq kooperativində hüquq məsləhətçisi, N.Qasımov adına 1 saylı doğum evində hüquq məsləhətçisi vəzifəsini yerinə yetirib.

2006-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin kadrlar şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə həmin departamentin icraya nəzarət və kargüzarlıq şöbəsinin rəisi vəzifəsində çalışıb.

2014-2015-ci illərdə "Neftçi” Peşəkar Futbol Klubunun Kadr, rejim və əmək haqqı şöbəsinin rəisi, klubdakı struktur dəyişikliyindən sonra isə Kadr, Hüquq və Lisenziyalaşdırma Departamentinin rəisi vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilir.