Çingiz Abdullayev

  • Çalışmağa başladığı il:

    31.03.2015


  • Doğum tarixi:

    07.04.1959

Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olub.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin "Hüquqşunaslıq” fakültəsini bitirib, 1988-ci ildə beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə isə beynəlxalq hüquq üzrə doktorluq dissertasiyası müdafiə edərək, hüquq elmləri doktoru, alimlik dərəcəsi alıb.

1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Almaniya, İrlandiya, Fransa, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb, 30 dilə tərcümə olunub. 194 adda kitabın müəllifidir. Beynəlxalq Yazıçılar İttifaqının həmsədri və Milli Kitabxananın Müşahidə Şurasının sədridir. Azərbaycan PEN klubun prezidentidir. Əsərlərinə 8 bədii film və 2 serial çəkilib.

2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Polşanın Krakov Universitetinin fəxri professoru adını daşıyır, Qara-Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidentidir.

Azərbaycan xalq yazıçısıdır.

"Şöhrət” ordenindən başqa, "Şərəf", "Ulduz”, "Millətlər Birliyi” ordenləri ilə də təltif edilib.

31 mart 2015-ci ildən "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Rus, ingilis dillərini bilir.