Azərbaycan Superkubokunun qalibi

Ilk Super Kubokun Qalibi

İlk Azərbaycan Superkuboku “Səhər” qəzetinin təşəbbüsü ilə keçirildi.

Çempion “Neftçi” ölkə kubokunun qalibi “İnşaatçı” (Bakı) ilə qarşılaşdı. Fevralın 21-i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunun 18-ci dəqiqəsində hesabı “İnşaatçı” açdı. Lakin qol sevinci cəmi 1 dəqiqə sürdü: Samir Ələkbərov hesabı bərabərləşdirdi. Baş məşqçi Sergey Kramarenkonun rəhbərlik etdiyi komanda bundan sonra da hücumlarını davam etdirdi. Nəticədə, 35-ci dəqiqədə Nurəli Əsədov, bundan 5 dəqiqə sonra isə Samir Ələkbərov fərqləndi. Fasilədən sonra da oyuna nəzarət edən flaqman sona 3 dəqiqə qalmış Mais Əzimovun qolu ilə görüşdə son nöqtəni qoydu.

Bununla da 4:1 hesabı ilə qalib gələn “Neftçi” ilk Superkubokun qalibi oldu.