“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 18-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Azarkeşlərə təşəkkür edirəm, bu soyuqda uzun yol gəlib bizi dəstəklədilər. Matça gəlincə, ilk hissədə rahat idik, oyuna nəzarət edirdik. Bununla belə, ikinci hissənin əvvəllərində qapımızda qol gördük. Oyunun gedişində Boqomolski ilə Ozobiçin yorulub oyundan qopmaları da özünü göstərdi. Bununla da ajiotajı rəqibə verdik. Futbolçularım sağ olsunlar, mübarizə apardılar. Burada oynamaq çətindir. 10-12 günlük istirahət edəcəyik. Düşünürəm ki, buna bizim də, futbolçuların da ehtiyacı var. Bir az rahatlaşmalı, dincəlməlidirlər. Yanvarın 19-dakı rəsmi oyunumuza qədər vaxtımız var. İşimizi buna görə quracağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: